29.04.2016

291 nömrəli Ekologiya liseyi Riqa məktəbi ilə əməkdaşlığa başladı 

Bu gün Azərbaycan Latviya münasibətləri çərçivəsində 291 nömrəli Ekologiya liseyinin Riqa məktəbi ilə əməkdaşlığı layihəsinin açılış mərasimi keçirilmişdir.

Tədbirdə Latviyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Yuris Maklakovs, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, İdarənin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva və Afiq Əzizov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova, məktəb direktorları, 291 nömrəli Ekologiya liseyinin bir qrup müəllim və şagirdləri iştirak edirdi.

Tədbiri liseyin direktoru Sevinc Orucova qonaqları təqdim etməklə açıq elan etmişdir. Tədbir tarix  müəllimi Ziyafət Nəcəfovanın 9 c sinfi ilə hazırladığı şeir və səhnəciklərlə  davam etmişdir.

Tədbirin birinci hissəsində şagirdlər həvəslə hazırladıqları məlumatlandırıcı videonu nümayiş etdirmiş,  Latviyanın tarixi, gerbi, bayrağı, himni, şəhərləri, tarixi abidələri barədə qonaqlara məlumat vermişlər.

Tədbirdə şagirdlər mövzuya uyğun səhnəciklər nümayiş etdirmiş, şeirlər söyləmişdir.

Tədbirdə çıxış edən Latviyanın səfiri şagirdlərin hazırladıqları bu təqdirəlayiq mərasimə görə məktəb rəhbərliyinə, müəllim və şagirdlərə öz təşəkkürünü bildirmişdir. O, Latviyanın milli-mədəni dəyərlərinin azərbaycanlı şagirdlər tərəfindən belə həvəslə öyrənilməsini məmnunluğunu bildirmiş, şagirdlərin öyrəndiklərini uğurla nümayiş etdirməklərini yüksək qiymətləndirmişdir. Səfir liseyin şagirdlərini noyabr ayında Latviyanın müstəqilliyinə həsr edilmiş tədbirə dəvət etmişdir.

Tədbir Azərbaycan mətbəxinin təqdimatından sonra yekunlaşmışdır.


Açar sözlər: ,  ,