02.05.2016

“Gələcək nəsillərlə üz - üzə” VI ümumrespublika inşa müsabiqəsinin qalibləri

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi və Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən imzalanmış əsasnaməyə əsasən 15 oktyabr 2015 il-15 yanvar 2016 – cı il tarixlərində “Gələcək nəsillərlə üz-üzə” VI ümumrespublika inşa müsabiqəsi  keçirilib.

Qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən müxtəlif proseslərin bir-bir ilə əlaqəli olduğunun və bunun özlərinin gələcəyinə təsir edəcəyini başa düşməsi, qlobal dəyişiklilərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsi müsabiqənin keçirilməsinin əsas məqsədidir.

“Gələcək nəsillərlə üz-üzə” VI ümumrespublika inşa müsabiqəsi 9 – 11 - ci sinif şagirdləri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri arasında keçirilib.

15 yanvar tarixindən sonra Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən komissiya təşkil edilib və komissiyanın təhlilindən sonra nəticələrə əsasən qaliblər müəyyən olunub.

Qeyd edək ki, 164 nömrəli tam orta məktəbin X sinif şagirdləri Leyla Rəhimova və Allan Suleykin, 114 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nicat Səmədov, 61 nömrəli tam orta məktəbin X sinif şagirdi Emiliya Həcihəsənova, 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Emil Allahverdiyev, 189 – 190 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhimə Abbasova, 291 nömrəli ekoloji liseyin IX sinif şagirdi Elşən Nağızadə, 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdi Nigar Talışinskaya, X sinif şagirdi Yunus Həsənov I yerin qalibi olublar.

203 nömrəli tam orta məktəbin X sinif şagirdi Aydın Teymurov, 144 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Zeynalova, 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Firavan Əlizadə, 144 nömrəli tam orta məktəbin XI sinif şagirdi Toğrul Məmmədov II yerə layiq görülüblər.

258 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rüstəm Mustafalı, XI sinif şagirdi Rübabə Bağırova, 246 nömrəli məktəb - liseyin X sinif şagirdi Nərmin İsmayılova, 128 nömrəli tam orta məktəbin XI sinif şagirdi Günəş Mərdiyeva, 86 nömrəli tam orta məktəbin X sinif şagirdləri Xumar Məmmədova, Alfəddin Abdurrəhimov, 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şəbnəm Süleymanlı və 160 nömrəli Klassik Gimnaziyanın IX sinif şagirdi Fidan Keberlinskaya III yerin qalibi adını qazanıblar.


Açar sözlər: ,  ,