03.05.2016

“Şahin” hərbi-idman oyununun Bakı üzrə zona birinciliyinə start verilib

Bakı şəhər məktəbləri arasında keçirilən  “Şahin” hərbi-idman oyununun Bakı üzrə zona birinciliyinə start verilmişdir. “Şahin”  hərbi-idman oyununun keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdir. Yarışda  “Şahin” hərbi-idman oyununun Bakı şəhər zona birinciliyində 23, 31,  32, 50, 72,  92,   100, 110, 112, 138,  280 nömrəli  tam orta  məktəblərin komandaları ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak etmişdir.

Gənclərdə vətənpərvərlik  tərbiyəsi və vətəndaşlıq mövqeyinin formalaşması,   ümumtəhsil müəssisələrində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinin təkmilləşdirilməsi,  hərbi-idman oyunlarının  keyfiyyəti və kütləviliyinin artırılması, gələcək nəslə  milli-mənəvi dəyərlərin aşılanması, Azərbaycan  hərb salnaməsinin  öyrədilməsi  istiqamətində  mübarizlik, qəhrəmanlıq, dözümlülük prinsiplərini özündə əks etdirən  “Şahin” hərbi idman oyununda 14 komanda iştirak etmişdir. Yarış 7 mərhələ üzrə keçirilmişdir. Yarışın nəticələrinə  görə,  138 nömrəli tam orta  məktəbin  komandası I,  31 nömrəli  tam orta məktəbin komandası II, 23 nömrəli tam orta  məktəbin komandası III yerə layiq görülmüşdür.

Komandalar  Bakı Şəhəri  Gənclər və İdman Baş İdarəsi tərəfindən  Fəxri fərman  və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.


Açar sözlər: ,