03.05.2016

Beynəlxalq şahmat turniri başa çatıb

10 - 20  aprel  2016 - cı  il  tarixində Dubayda şahmat üzrə beynəlxalq turnir keçirilib. Turnirdə 37 ölkəni təmsil edən 46 kişi və 8 qadın qrossmeysteri, 39 kişi və 5 qadın  beynəlxalq  usta olmaqla ümumilikdə 195  şahmatçı  iştirak edib. Azərbaycanı turnirdə 7 şahmatçı təmsil edib.

Bakı şəhəri 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq  Gənclər Şahmat İdman  Məktəbinin  3  yetirməsi  - Vüqar Əsədli, İsmayıl İsmayılzadə və Mətin Mürsəlli turnirdə uğurla iştirak ediblər.

Belə ki, dördqat respublika çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, beynəlxalq reytinqi 2378 olan Vüqar Əsədli “Dubai Open 2016” yarışında 9 turda 5.5 xal toplayaraq reytinqini 2401 - ə çatdırıb və beynəlxalq usta  normasını yerinə yetirib.

Beynəlxalq reytinqi 1858 olan İsmayıl İsmayılzadə isə yarışda 3.0 xal toplayaraq reytinqini 1902 - ə çatdırıb.

Bundan başqa, Bakı şəhər çempionatının qalibi, Avropa çempionu, beynəlxalq reytinqi   -  1805 olan Mətin  Mürsəlli  “Dubai Open 2016”  yarışında 9 turda 4.0 xal toplayaraq beynəlxalq reytinqini 1869 – a çatdırıb.