12.05.2016

Bu gün müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş sənəd qəbulu məntəqəsi işini yekunlaşdırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə keçirir.

May ayının 3-dən 10-dək müsabiqədə iştirak etmək istəyən 393 nəfər müəllim (345 nəfər Azərbaycan bölməsi, 48 nəfər rus bölməsi üzrə)  www.miq.edu.az/baku/  internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib.

Bu gün elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş müəllimlərin sənədlərinin qəbulu üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış qəbul komissiyası fəaliyyətini yekunlaşdırır.

Nəzərinizə çatdırırıq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 3 (üç) mərhələli müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi çərçivəsində elektron qaydada qeydiyyatdan keçmiş şəxslərin tələb olunan sənədləri təqdim etməsi üçün müəyyənləşdirilmiş müddət bu gün – 12 may 2015-ci il tarixdə saat 18:00-da başa çatacaqdır.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində çalışan və yerdəyişmə müsabiqəsində iştirak üçün müraciət edərək elektron qaydada qeydiyyatdan keçmiş, lakin müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müsabiqə ilə əlaqədar təşkil olunmuş Qəbul məntəqəsinə təqdim etməyən müəllimlərin qeyd olunan vaxtdan sonra təqdim edilən sənədləri qəbul edilməyəcəkdir. 


Açar sözlər: ,