13.05.2016

Bakı şəhəri 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin idmançıları cüdo üzrə beynəlxalq turnirdə iştirak ediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin  komandası  Rusiyanın Sankt-Peturburq şəhərində keçirilən cüdo üzrə beynəlxalq  turnirdə  iştirak ediblər. Turnirdə 10 ölkə,  50 komanda, 1500 idmançı  iştirak edirdi.

10 nömrəli  Uşaq-Gənclər  İdman  Məktəbi Beynəlxalq turnirdə   5 idmançı və 1 məşqçi-müəllimdən  ibarət nümayəndə heyəti ilə təmsil olunub. Cüdo komandasına  məşqçi-müəllim Vüqar  Əliyev rəhbərlik edirdi.

İdmançılarımız yarışda uğurla çıxış ediblər. Belə ki,  2001-ci il təvəllüdlü  Vilayət Cəlilli  50 kq çəkidə 6 görüş keçirmiş, finalda rus idmançısına qalib gələrək I yeri tutmuşdur.

Digər  idmançılar  2002-ci il təvəllüdlü Rüfət Cəbrayılov  66 kq çəkidə 4,  2004-cü il təvvəllüdlü  Boqdan Kərimov   66 kq çəkidə  4,  2002-ci il təvəllüdlü  Ruslan Nəsirli  66 kq çəkidə  5 görüş  keçirərək   V yerə layiq  görülmüşlər.


Açar sözlər: ,