13.05.2016

Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası Yeniyetmə Həmvətənlilərin II-ci Dünya Oyunlarında iştirak ediblər 

Bakı  Şəhəri  üzrə Təhsil  İdarəsinin tabeliyində  fəaliyyət  göstərən 15  nömrəli   Uşaq-Gənclər   İdman  Məktəbinin   yeniyetmə   qızlardan   ibarət voleybol   üzrə   komandası   Rusiyanın   Soçi   şəhərində  keçirilən   Yeniyetmə Həmvətənlilərin II    Dünya   Oyunlarında  iştirak  ediblər.  Yarışda ümumilikdə  45   ölkədən    600  yeniyetmə   iştrak   edib.  Hər   komanda   10   idmançı   və  2   nümayəndə  ilə   təmsil   olunurdu .

Bakı  şəhəri   15  nömrəli   Uşaq-Gənclər   İdman  Məktəbinin komandası    Azərbaycanın   Əməkdar   məşqçisi   Tatyana   Korjovanın  rəhbərliyi    ilə  2001 - ci  il   təvəllüdlü  qızlardan   ibarət   yığma   komanda   və   bir   şahmatçı ilə  təmsil   olunurdu. Dörd   gün   ərzində   yeniyetmə  idmançılar  6   idman   növündə :  basketbol  3x3,  mini  futbol, voleybol,  şahmat,  stolüstü   tennis  və   üzgüçülük   üzrə   öz  güclərini  sınayıblar.

Rusiyanın    Soçi    şəhərində  2001  - ci  il   təvəllüdlü   qızlar   arasında    voleybol   üzrə  Yeniyetmələr   arasında keçirilən  Həmvətənlilərin   II  Dünya   Oyunlarında      Azərbaycanı   təmsil  edən   15  nömrəli   Uşaq  Gənclər  İdman  Məktəbinin  yetirmələri   turnirdə  uğurla   çıxış   edərək   fəxri  III  yerə layiq görülüb,  bürünc   medal  və  diplomlarla   təltif   olunmuşlar .

İdman Məktəbi  idman   yarışları  ilə   yanaşı,  müxtəlif   kütləvi – mədəni   tədbirlərdə   də iştirak ediblər.

Belə   ki,   "Rus   dilini  bilirik”  yarışında     bizim   komandanı  təmsil   edən     yeniyetmə  qızlar - 269, 297, 138, 245, 145 nömrəli tam orta məktəblərin  şagirdləri  Fidan Əhmədxanova, Məryəm Məmmədova,  İnara  Alazova, Leyla Məmmədova,  Dinara Bəşirova   yarışda   ən   yaxşı   nəticə   göstərərək   I yeri   tutublar.

 “Rus  dilində  dialoq” mədəni  və  işgüzar şəxsi  oyununda   Azərbaycan    komandasının   üzvü   Leyla   Məhəmmədova  I  yeri   tutaraq   xüsusi   diplomla    təltif   olunmuşdur .


Açar sözlər: ,