25.05.2016

“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin I, II, III və xüsusi dərəcəli diplomlarına layiq görülmüş məktəblilər  və komanda rəhbərlərinin təltifolunma  mərasimi keçirilib

Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar  2016-cı il tarixli  12 nömrəli əmri  ilə elan edilmiş  “Gənc fiziklərin  yaradıcılıq müsabiqəsi”nin  I, II, III və xüsusi dərəcəli diplomlarına layiq  görülmüş məktəblilərin və komanda rəhbərlərinin  təltifolunma mərasimi keçirilib.    

Mayın 24-ü Azərbaycan Texniki Universitetində təşkil edilən  mərasimdə Bakı Şəhəri üzrə Təhsil  İdarəsinin  Məktəbdənkənar  fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov,  Azərbaycan  Texniki  Universitetinin prorektoru Xaliq Yahudov, Universitetin fizika kafedrasının müdiri Eldar Qocayev, dosent Naxçıvan Səfərov   iştirak etmişlər.

Çıxış edənlər müsabiqə qaliblərinə uğurlar arzulamış və belə müsabiqələrin keçirilməsinin məktəblilərin fizika fənninə  olan marağının daha da artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması  və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynadığını  bildirmişlər.  

Təltifetmə mərasimində 5 nömrəli tam orta məktəbin komandası I dərəcəli, 271 nömrəli tam orta məktəbin  komandası   II dərəcəli, 291 nömrəli Ekologiya  liseyinin  komandası  III  dərəcəli  diploma  layiq  görülmüşlər.

Bundan başqa Bakı şəhəri   24, 38, 189 -190, 270 nömrəli tam orta  məktəblərin komandaları  isə  xüsusi diplomlarla təltif edilmişlər.

Qeyd olunan məktəblərin komanda rəhbərləri “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə  komandanın  hazırlığında  yüksək  fəallıq  göstərdiyinə  görə  Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin  diplomları  ilə  təltif olunublar.


Açar sözlər: ,  ,  ,