25.05.2016

Vətən qəhrəmanlarını unutmur

Bakı Şəhəri  üzrə Təhsil  İdarəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində  Azərbaycanın  Milli Qəhrəmanlarının  və ərazi bütövlüyü uğrunda  şücaət göstərmiş  gənclərin  tanıdılması istiqamətində  “Vətən qəhrəmanlarını unutmur” mövzusunda   tədbirlər keçirilmişdir.

Bakı şəhəri 19, 24, 47, 49, 106, 167,  183, 220, 252,  276, 318 nömrəli  tam orta məktəblərdə təşkil edilən  tədbirlərdə təhsil müəssisələrinin müəllim və şagird kollektivi ilə yanaşı,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, Metodiki  Mərkəzin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə metodisti  Mürsəl Qurbanov, Azərbaycanın Milli Qəhrəmanları Zabit Quliyev, Bəxtiyar Allahverdiyev, Azərbaycan Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri  Elşən Uluxanlı  və Birliyin üzvləri,  Qarabağ Müharibəsi Əlili, Veteranı və Şəhid Ailələri İctimai Birliyinin üzvləri Məhi Mehtiyev, İlham Qayıbzadə, Qarabağ müharibəsi veteranları Novruz İsmiyev, Yusif Quzanov, Rey Kərimoğu, Yazıçılar Birliyinin Aran Bölməsinin sədri Sərvaz Hüseynoğlu, filologiya elmləri doktorları Əziz Musa və Adil Cəmil, Aşıq Pəri məclisinin üzvü, şairə Gülayə xanım, gənc yazar, jurnalist  Zamin Zeynal, Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firidun Məmmədov,  vətənpərvərlik mövzusunda mahnıların və hərbi marşların müəllifi Şəmistan Əlizamanlı, Yeni Yurd İctimai Birliyinin sədri Mahirə Əsədova, Xocalı Soyqırım təşkilatının sədri Şamil Sabiroğlu, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvləri və yaxınları  iştirak etmişlər.

Çıxış  edənlər  öz  döyüş yollarından danışmış,  torpaqlarımız uğrunda  şəhid olmuş Milli Qəhrəmanlarımız haqqında iştirakçılara məlumat vermiş, şagirdlərin  suallarını   cavablandırmışlar.

Şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış etmiş, hərbi vətənpərvərlik mövzusunda  mahnılar və şeirlər  ifa etmişlər.

Məktəblərə  Azərbaycan  Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Elşən Uluxanlının müəllifi olduğu  “Milli Qəhrəmanlarımız” adlı  kitabı hədiyyə edilmişdir.

Məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsinə yönəldilən bu kimi tədbirlər digər təhsil müəssisələrində də davam etdiriləcəkdir.