25.05.2016

Community.az portalı onlayn müsabiqələrin qaliblərini təltif edib

Məktəb icmaları üçün “Kitab Kvest-i” və “Mənim vətənim-Azərbaycan” müsabiqələrinə yekun vurulub.

Bu məqsədlə mayın 25-də Bakı şəhərindəki 18 nömrəli tam orta məktəbdə hər iki müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər.

Community.az portalı tərəfindən təşkil edilənKitab Kvest-imüsabiqəsinin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan marağını artırmaqdır.

“Mənim vətənim–Azərbaycan” müsabiqəsi isə iştirakçılara özlərini əsl foto həvəskarı kimi göstərməyə imkan yaradıb.

Tədbirdə bildirilib ki, müsabiqələrə community.az  portalında qeydiyyatdan keçən 500-dən çox  şagird, onların valideynləri və müəllimləri qoşulub.

“Kitab Kvesti” müsabiqəsinin qalibləri Bakı şəhəri 169 nömrəli tam orta məktəbin müəllimi Albina Əbubəkirova, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin müəllimi Eleonora Kairova və Bakı şəhəri 158 nömrəli tam orta məktəbin məktəb icmasının üzvü Nailə Buxlova olub.

“Mənim vətənim-Azərbaycan” müsabiqəsinin qalibi adına isə Bakı şəhəri 46 saylı tam orta məktəbin müəllimi Güllü Əhmədova layiq görülüb.

Qaliblərə Fəxri Fərman və  müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Müsabiqəyə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC və “Allianz Consult” şirkətləri tərəfindən dəstək verilib.

Qeyd edək ki, müsabiqələrin keçirilməsində əsas məqsəd məktəb icmalarının fəaliyyətini stimullaşdırmaq, icma üzvlərini həvəsləndirmək, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdən ibarətdir.


Açar sözlər: ,  ,