27.05.2016

 “28 May-Respublika Günü”nə  həsr  olunmuş tədbir təşkil olunub

Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin  təşkilatçılığı ilə  54  nömrəli tam orta məktəbdə 24 may 2016-cı il tarixində  “28 May-Respublika Günü”nə  həsr  olunmuş  rayon miqyaslı  tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin Metodiki  Mərkəzinin müdiri  Vahid Qurbanov,  Nəsimi-Binəqədi  Xidmət  bölməsinin müdiri Aydın Qarayev, İdarənin Ümumi təhsil sektorunun  böyük məsləhətçisi  Böyükağa Əhmədov,  Nəsimi Rayon İcra Hakimiyyətinin  başçısı  Asif Əsgərov, müavini Gülarə Verdiyeva, icra nümayəndələri, Nəsimi rayon  ümumtəhsil məktəblərinin  direktorları və uşaq birliyi rəhbərləri  iştirak etmişlər.

Əvvəlcə qonaqlar  məktəbdə yaradılmış sərgi ilə tanış oldular. Sərgi üç  bölmədən  təşkil olunmuşdur.  Birinci  bölmədə  Azərbaycanın tarixi keçmişini əks etdirən nümunələr, ikinci bölmədə məktəblilərin  “28 May-Respublika Günü”nə həsr etdikləri rəsmlər sərgilənmişdir. Üçüncü bölmədə  isə “Müasir Azərbaycan” mövzusunda  yaradıcılıq işləri nümayiş olunmuşdur.

Tədbir zamanı şagirdlər  canlı olaraq rəsmlər çəkmiş, məktəbin  və şagirdlərin nailiyyətlərini əks etdirən diplomlar, sertifikatlar qonaqlara göstərilmişdir.

Daha sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər. Şagirdlər  “Çiçəklənən Azərbaycan” mövzusunda şeirlər, mahnılar, rəqs nömrələri  ifa etmiş,  “Kitabi-Dədə Qorqud” dastanı, “Gülüstan” poemasından səhnəciklər göstərmişlər.

Azərbaycan Xalq  Cümhuriyyətinin tariximizin  ən  şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıran qonaqlar  müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyini, dinamik inkişaf etdiyini, regionda və dünyada lider dövlətə çevrildiyini, Azərbaycanın möhkəm dövlətçilik ənənələri qazanmış, müstəqilliyinə qətiyyətlə bağlı və eyni zamanda müxtəlif sahələrdə böyük yaradıcılıq nümayiş etdirən bir ölkə olduğunu vurğulamışlar.

Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin  təşkilatçılığı ilə mövzu ilə əlaqədar tədbirlərin təşkili davam edir.