31.05.2016

“Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona mərhələsi keçirilib

“Əhalinin ekoloji  təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji  maarifləndirilməsini genişləndirmək  məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Bakı Şəhəri  üzrə Təhsil İdarəsi  və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin  birgə əməkdaşlığı ilə keçirilən “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona mərhələsi başa  çatıb.

Bilik yarışının  Bakı zona turunda  şəhərin  18, 19, 32, 71, 86, 156, 186, 207, 239, 273, 276, 318 nömrəli məktəblərin,  eləcə də  Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin və Şuşa rayonu 1 nömrəli Malıbəyli kənd orta məktəbinin  komandaları  olmaqla,  ümumilikdə  14  komanda  iştirak  etmişdir.

26 may 2016-cı  il tarixində  keçirilən  yarışda  tərkibi  VIII-XI sinif şagirdlərindən təşkil edilmiş və 5 nəfərdən  ibarət olan komandalar   ümumtəhsil məktəblərinin  təbiət fənləri, məktəbdənkənar təhsil müəssisələrinin  isə  ekoloji dərnəklərinin  tədris  proqramlarına  uyğun olaraq  ekoloji  mövzular  üzrə  sualları  cavablandırmışlar.

Ekspert qrupunun rəyinə görə qiymətləndirmədə 3 komanda – Bakı şəhəri 19  nömrəli tam orta məktəbin “Zirvə” komandası  I yerə, 276 nömrəli tam orta məktəbin “Qələbə” komandası II yerə, 273 nömrəli tam orta məktəbin “Zəkalar” komandası isə III yerə layiq görülərək Respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.