02.06.2016

“1 iyun-Uşaqların Beynəlxalq  Müdafiəsi Günü” münasibətilə “Cırtdan” yarışı keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 15 nömrəli Uşaq Gənclər İdman Məktəbində  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Cırtdan" yarışı keçirilmişdir.

Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi  Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər iştirakçılara müvəffəqiyyətlər arzulamışlar.

II - IV sinif  şagirdləri  arasında keçirilən yarış 4 növ üzrə - yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə keçirilmişdir.

Yarışın  nəticəsinə  görə 269 nömrəli tam orta məktəbin komandası I,  245 nömrəli tam orta məktəbin komandası II,  Heydər Əliyev adına Liseyin komandası III yer layiq yerə görülmüşlər.