02.06.2016

XXVIII Spartakiada mini – futbol yarışı ilə başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında paytaxt məktəbliləri arasında XXVIII Spartakiadanın proqramına daxil olan mini - futbol növü üzrə yarışın final oyunları keçirilmişdir.

V-VI sinif şagirdləri arasında keçirilən yarışın yekun nəticəsinə görə, 141 nömrəli tam orta məktəbin komandası I, 189 - 190 nömrəli tam orta məktəbin komandası II, 5 nömrəli tam orta məktəbin komandası III, 13 nömrəli tam orta məktəbin komandası IV, 80 nömrəli tam orta məktəbin komandası V, 63 nömrəli tam orta məktəbin komandası VI, 212 nömrəli tam orta məktəbin komandası VII, 328 nömrəli tam orta məktəbin komandası VIII, 319 nömrəli tam orta məktəbin komandası IX,  284 nömrəli tam orta məktəbin komandası X yerin sahibi olmuşlar.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, XXVIII Spartakiadanın baş hakimi Adil Ağayev, Baş İdarənin baş məsləhətçisi, XXVIII Spartakiadanın baş hakimin müavini Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Valentina Sultanova  və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşdur.

XXVIII Spartakiadanın şahmat, stolüstü tennis, basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar), dördnövçülük (oğlanlar) və mini-futbol növləri üzrə yarışlarından sonra  Xətai rayonu 21 xalla I, Sabunçu rayonu 34 xalla II, Suraxanı rayonu 41 xalla III, Qaradağ rayonu 41 xalla IV, Yasamal rayonu 44 xalla V, Nəsimi rayonu 51 xalla VI, Nərimanov rayonu 55 xalla VII, Səbail rayonu 56 xalla VIII, Binəqədi rayonu 61 xalla IX, Nizami rayonu 63 xalla X  və Xəzər rayonu  93 xalla XI yerləri tutmuşlar.