14.06.2016

"Azərbaycan  Səninlədir - Sənsiz deyil"  VI yaradıcılıq festivalı keçirilib

Bakı  şəhəri  Binəqədi rayon  ümumtəhsil  məktəblərinin  şagirdlərinin  təqdimatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycan Səninlədir - Sənsiz deyil"  VI yaradıcılıq festivalı keçirilmişdir. 

Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi ayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə əvvəlcə iştirakçılar  YAP Binəqədi Rayon Təşkilatının inzibati binası qarşısında yerləşən Ümummili liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra 26  nömrəli Uşaq-Gənclərin Yaradıcılıq Mərkəzinin  Xalq Çalğı Alətləri  ansamblının  ifasında Dövlət Himni səsləndirildi və festival açıq elan olundu. Konsert proqramında 140 nəfər laureatın vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Tədbirdlə  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Binəqədi rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.

İştirakçıların çıxışından sonra laureatlar diplomlarla mükafatlandırıldılar. Qonaqlar Ümummilli lider Heydər Əliyevin və ölkə başçısının istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğısından söhbət açdılar. Eyni zamanda  “15 İyun-Milli Qurtuluş Günü"nün əhəmiyyətindən bəhs etdilər,   gənc nəslin vətənə sevgi, məhəbbət hissi ilə tərbiyə edilməsinin vacibliyini vurğuladılar.

Festivalın keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünün qeyd olunması, ulu öndər azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Festival Binəqədi rayon ümumtəhsil məktəblərinin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin şagirdləri arasında ədəbi-bədii layihələr üzrə - bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri)  üzrə təşkil olunub. Festivalın müsabiqə mərhələsinə 18 fevral 2016-cı il tarixində start verilmiş,  5-6 aprel 2016-cı il tarixlərində isə münsiflər heyəti tərəfindən seçim turu keçirilmişdir. 


Açar sözlər: ,  ,