14.10.2016

Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul olub

Oktyabrın 14-də Bakıdakı 18 nömrəli tam orta məktəbdə Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Səyyar qəbulda iştirak edən vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, müəllimlərin dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: ,  ,