14.10.2016

Kurikulum və qiymətləndirmə ilə bağlı  valideynlər maarifləndirilib

Oktyabrın 14-də 232 nömrəli tam orta məktəbdə kurikulum və şagirdlərin qiymətləndirilməsi ilə  bağlı  valideynlərin  maarifləndirilməsinə dair seminar keçirilib. 

Seminarın təşkil olunmasında məqsəd valideynlərə kurikulumun  tətbiqini və şagirdlərin qiymətləndirilməsi prosesini izah etməkdən ibarətdir.

Bildirilib ki, aparılan monitorinqin nəticələrinə görə, bir çox valideynin kurikulum və şagirdlərin qiymətləndirilməsi barədə məlumatı azdır.

Xəzər Universitetinin dekanı Elza Səmədli “Şagird nailiyyətinin formativ  qiymətləndirilməsi” mövzusunda mühazirə oxuyub, valideyn və müəllimləri maraqlandıran sualları cavablandırıb.

Seminarda müəllimlər tərəfindən əvvəlcədən qiymətləndirmə üzrə meyarların  hazırlanıb valideynlərə göndərilməsi və kiçik summativ qiymətləndirmədən sonra şagird nailiyyəti barədə valideynə məlumat verilməsi tövsiyə olunub.


Açar sözlər: ,  ,  ,