24.10.2016

“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin Bakı şəhər mərhələsi

Oktyabrın 21-də “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib.

Yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil edilən müsabiqənin Bakı şəhər mərhələsində məktəb daxilində keçirilən müsabiqə qaliblərinin 120-yə  yaxın əl işinə baxılıb.

Dekorativ tətbiqi sənət (bədii tikmə, makrame, toxuma, xalçaçılıq, yumşaq oyuncaq, ağac üzərində oyma, keramika, şəbəkə, vitraj, kəlağayı, aplikasiya, oriqami, misgərlik, muncuqlardan, müxtəlif təbiət nümunələrindən kompozisiya və ikebanalar)  və  dizayn (geyim, nəqliyyat vasitələri, interyer və eksteryer dizaynı nümunələrinin, hər hansı əmtəə nişanının hazırlanması) nominasiyaları üzrə I və II yerlərə layiq işlər seçilərək respublika  mərhələsinə təqdim olunub. 

Müsabiqənin Bakı şəhər mərhələsinin nəticələrinə görə, dekorativ tətbiqi sənət növləri üzrə 164 nömrəli tam orta məktəbin şagirdi Ramin Səlimovun  “Mənim Azərbaycanım”,   227 nömrəli tam orta məktəbin şagirdi Lalə Məstəliyevanın “Leyli  və Məcnun”,  dizayn növləri üzrə isə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvü Adilə Zeynalovanın “Axşam”,  32 nömrəli tam orta məktəbin şagirdi Xumar Vahidzadənin “Karvan” yaradıcılıq işləri respublika mərhələsində iştirak etmək  hüququ qazanıb.