28.10.2016

Paytaxtın Nizami və Nərimanov rayonları üzrə səyyar qəbul keçirilib

Oktyabrın 28-də Bakıdakı 12 nömrəli tam orta məktəbdə Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, istilik sistemi, maddi-texniki təminat, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə işıqforun qoyulması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. 


Açar sözlər: ,  ,