17.11.2016

Vətənpərvərlik mövzusunda tədbir

Bakıdakı 290 nömrəli tam orta məktəbdə “Azərbaycan Ordusunun ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzliyinin gənclər arasında  təbliği” mövzusunda  tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər İctimai Birliyinin təşkilatçılığı  ilə  keçirilən tədbirdə “Müharibə dövründə  Vətənə və hərbi anda sadiqliyin gənclər arasında təbliği” mövzusunda məruzə dinlənilib.

Tədbirdə erməni işğalçılarının 2016-cı ilin aprel ayında qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı hərbiçilərmizin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş sənədli film nümayiş olunub. Daha sonra müharibə MVBH İctimai Birliyinin sədri Əzizağa Qənizadə, Kəlbəcər döyüşlərinin istirakçısı Məlik Məlikov, veteran-kəşfiyyatçı Ramiz Əliyev, 290 nömrəli məktəbin hərbi rəhbəri Muxtar Həşimov mövzu ilə əlaqədar çıxışlar edib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.