25.11.2016

"Multikulturalizm həyat tərzimizdir" mövzusunda tədbir

“Multikulturalizm ili” çərçivəsində Bakı şəhərindəki M.Rahim adına 7 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

“Multikulturalizm həyat tərzimizdir” adlı tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak ediblər.

Öncə mövzu ilə əlaqədar məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında diskusiya və çıxışları maraqla qarşılanıb. 

Daha sonra şagirdlər müxtəlif dillərdə şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.