08.12.2016

Şagirdlərin tədqiqat işlərinin təqdimat mərasimi keçirilib

Bakı şəhərindəki 280 nömrəli tam orta məktəbdə “Kiçik akademiya”nın 1 illik fəaliyyəti ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, “Sabahın alimləri” müsabiqəsinin işçi qrupunun üzvləri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.

“Kiçik akademiya”nın üzvü olan şagirdlərin hazırladıqları işlər tibb, informatika, ekologiya, məntiqi riyaziyyat və hərbi istiqamətlərini əhatə edir.

“Sabahın alimləri” VI Respublika müsabiqəsinə hazırlıq məqsədilə həyata keçirilən tədbirdə şagirdlərin hazırladığı “Tibbi insulin”, “Tibbi robot”, “Savaş Robotu”, “Yeni hesablama metodları”, “Elektron çanta”, “Şüanı udan eynək”, “Yeni üsulla enerji alınması” və digər lahiyələr nümayiş etdirilib.

Sonda “Sabahın alimləri” müsabiqəsinin işçi qrupunun üzvü Atiq Əliyev şagirdlərə müsabiqə barədə ətraflı məlumat verib. 


Açar sözlər: ,