09.12.2016

İngilis dili müəllimləri imtahan verib

“İngilis dilində danışıq qabiliyyətinin təkmilləşdirilməsi” layihəsinin ilkin mərhələsi olan Beynəlxalq Aptis İmtahanı yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council”un birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihənin əhatə etdiyi 56 pilot ümumi təhsil məktəbinin 600 nəfər İngilis dili müəllimi imtahanda iştirak edib.

İmtahanda Bakı şəhərinin 12 inzibati rayonu üzrə layihəyə cəlb olunan İngilis dili müəllimlərinin yazı, oxu, dinləmə və danışıq bacarıqları qiymətləndirilib.

2017-ci ildən etibarən imtahanda iştirak etmiş müəllimlər üçün “Dil təkmilləşdirmə”, “Metodika” və “Məktəbəsaslı təlimlər” start götürəcək.


Açar sözlər: ,  ,