16.12.2016

Paytaxtın ümumi təhsil məktəblərinin kitabxana işçiləri müsahibəyə cəlb olunub

Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr təşkil olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən müsahibələr kitabxana işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq ehtiyaclar əsasında qruplar üzrə təlimlərin keçirilməsi və kitabxana işçilərinin birgə koordinasiyası ilə müştərək layihələrin təşkil edilməsi məqsədilə reallaşdırılır.

Artıq paytaxtın 7 inzibati rayon üzrə 300 kitabxana işçisinin müsahibəsi yekunlaşıb. İlin sonunadək digər rayonlardakı ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr də yekunlaşacaqdır.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək layihələr 9 fəaliyyət istiqamətini əhatə edir. Ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr “Mütaliə və ünsiyyət” fəaliyyət istiqaməti çərçivəsində həyata keçirilir.


Açar sözlər: