19.12.2016

“75 məktəb” layihəsi çərçivəsində seminarlara başlanılıb

Dekabrın 19-da “75 məktəb” layihəsi çərçivəsində IX sinif şagirdləri üçün seminarlara start verilib.

İlk seminar Səbail rayonundakı 163 nömrəli tam orta məktəbdə keçirilib.

Vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarların keçirilməsində məqsəd IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçminə dəstək olmaqdır.

Seminarlar  “Dərs Evi” Tədris Mərkəzinin Məktəb Proqramı üzrə koordinatoru və fənn müəllimləri tərəfindən aparılır. 

Müvəffəq məktəbli” seminarlarının “75 məktəb” layihəsinə cəlb edilən məktəblərin hər birində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğindən ibarətdir.


Açar sözlər: ,  ,