01.02.2017

“Xocalısız 25  il” mövzusunda müsabiqəyə start verilib

Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Müsabiqə 3 yaş qrupu üzrə, 6-9, 10-14 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilir.

Müsabiqənin I mərhələsi fevralın 1-dən 20-nə qədər ümumi təhsil müəssisələrində həyata keçiriləcək. I mərhələdə fərqlənən rəsmlərin müəllifləri müsabiqənin II – Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Müsabiqənin şəhər mərhələsində hər yaş qrupu üzrə 3 qalib seçiləcək.

Qaliblər müəyyənləşdirilərkən rəsmin verilmiş mövzuya uyğunluğu, orijinallığı, yaradıcılıq üslubu, işin görülmə keyfiyyəti  nəzərə alınacaq.

Müsabiqənin qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.


 

““Xocalısız  25  il” rəsm-sərgi müsabiqəsinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri


Açar sözlər: ,  ,  ,