07.02.2017

İngilis dili üzrə fənn müəllimlərinin forumu keçiriləcək 

Martın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin İngilis dili müəllimlərinin forumu keçiriləcək.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təşkil olunan forumun əsas məqsədi İngilis dili fənnini tədris edən, yeni proqramlarda işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən İngilis dili müəllimlərinin metodiki yanaşma və təcrübə mübadiləsinin təmin edilməsindən ibarətdir.

Qeyd edək ki, bu sahə üzrə fəaliyyət göstərən müəllimlər foruma təqdimatçı və ya iştirakçı qismində qatıla bilər. Həm iştirakçı, həm də təqdimatçı kimi qatılmaq istəyən müəllim forum sessiyası zamanı həmçinin, 1 saatlıq təqdimat etməlidirlər.

Forumda iştirak etmək istəyən müəllimlər fevralın 28-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna müraciət edə bilərlər.