22.02.2017

Debat Klubları layihəsi çərçivəsində təlimlərə start verilib

“Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi çərçivəsində klub rəhbərləri üçün təlimlərə start verilib.

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Təlimlər klub rəhbərlərinin layihənin istiqamətləri ilə tanış olunması, onların maarifləndirilməsi və düzgün debat ideologiyasının məktəblərdə təbliği məqsədilə təşkil edilir.

Təlimlərə cari tədris ilində layihəyə qoşulan məktəblərin Debat Klublarına rəhbərlik edəcək şəxslər cəlb olunublar. 3 mərhələdən ibarət olan təlimlər mart ayının 10-na qədər davam edəcək.

Təlimlər zamanı Milli Debat Proqramının rəhbəri tərəfindən Debat Klublara rəhbərlik edəсək şəxslərə layihənin formatı izah edilir və zəruri informasiyalar verilir.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsinin əsas məqsədi şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasından ibarətdir.


Açar sözlər: ,  ,  ,