28.02.2017

Məktəblərdə çərşənbə iməcilikləri keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində çərşənbə iməcilikləri davam edir.

Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.

İməcilik zamanı paytaxtın ümumi təhsil məktəblərinin müəllim, şagird kollektivi və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, gül-çiçək əkilib, abadlıq işləri görülüb. Habelə şagirdlərə ikinci çərşənbə olan od çərşənbəsinin mahiyyəti, adətləri barədə geniş məlumat verilib.

Qeyd edək ki, bir sıra məktəblərdəki çərşənbə iməciliklərinə SOCAR-ın Ekologiya İdarəsi də dəstək verib.

İməciliklərin növbəti çərşənbələrdə də davam etdirilməsi nəzərdə tutulub. 


Açar sözlər: ,  ,  ,