28.02.2017

Birgə layihələr müzakirə olunub       

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin Regional İngilis dili Mərkəzinin nümayəndələri Con Silver, Meri Boymer, Emi Peterson və digər qonaqlar iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində təhsilimizi daha da inkişaf etdirməkdən ibarətdir.

Görüş zamanı iki qurum arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr və xarici dil tədrisi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması barədə müzakirə aparılıb. Ümumi təhsil məktəblərində fəaliyyət göstərən İngilis dili müəllimlərinin peşəkar inkişaf proqramlarında iştirakından və şagirdlərin dil səriştəsinin artırılmasına xidmət edən layihələrdən bəhs olunub. Dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər və beynəlxalq təcrübənin yerli arenada tətbiqi barədə səmərəli fikir mübadiləsi aparılıb.