29.03.2017

“Alternativ enerji” mövzusunda tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

Layihə çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş şəkildə maarifləndirməkdən ibarətdir. 

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilir, araşdırmalar aparılır. Bundan başqa, məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Pirallahı Günəş Enerjisi Stansiyası, Qobustandakı Dünyada ilk Günəş, Külək, Bioqaz, Hibrid elektrik stansiyasına ekskursiyaları da təşkil edilib.

Qeyd edək ki, mart ayının sonunda mövzuya uyğun olaraq “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyası üzrə qalib məktəb seçiləcək.


Açar sözlər: ,  ,  ,