07.04.2017

Növbəti Sosial Media Seminarı

Paytaxtda Müəllimlər üçün II Sosial Media Seminarı keçirilib.

Sosial Media Seminarında Səbail və Pirallahı rayonlarındakı ümumi təhsil müəssisələrinin internet resurslarına məsul əməkdaşları iştirak edib.        

Seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir.

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilmiş seminarda sözügedən rayonlar üzrə hər məktəbdən internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxslərə sosial mediadan daha fəal istifadə ilə bağlı təlim keçirilib. Təlim zamanı sosial mediada səhifəsi olan məktəblərin bu istiqamətdəki fəaliyyətlərini daha da təkmilləşdirmələri barədə lazımi məlumatlar verilib. Həmçinin, müvafiq səhifəsi olmayan təhsil müəssisələri üçün yeni səhifələr yaradılıb.

Qeyd edək ki, Müəllimlər üçün Sosial Media Seminarının paytaxtın digər rayonları üzrə də keçirilməsi nəzərdə tutulub. Hər rayon üzrə seminarın keçirilmə tarixi barədə məktəblərə öncədən məlumat veriləcək.


Açar sözlər: