10.04.2017

“Alternativ enerji” aylığının qalibləri 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində keçirilən “Alternativ enerji” aylığının qalibləri məlum olub.

Mart ayının sonunda “Alternativ enerji” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyasında 5, 156, 191 və 203 nömrəli məktəblər qalib adına layiq görülüb.

“Alternativ enerji” mövzusu üzrə paytaxtın 36, 46, 53, 121, 126, 149, 220, 232, 247, 258, 278 nömrəli məktəbləri də öz fəallıqları ilə seçiliblər.

Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Bundan başqa, məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Pirallahı Günəş Enerjisi Stansiyası, Qobustandakı Dünyada ilk Günəş, Külək, Bioqaz, Hibrid elektrik stansiyasına, AMEA Fizika İnstitutuna ekskursiyaları təşkil edilib. 


Açar sözlər: ,  ,  ,  ,