14.04.2017

Bakı məktəbliləri İsveçrədən xüsusi mükafatla qayıdıblar

Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. 43 ölkədən 172 şagirdin iştirak etdiyi olimpiadaya Avropa ölkələri ilə yanaşı ABŞ, Yaponiya, Hindistan, Braziliya və digər ölkələrin məktəbliləri də qatılıblar. Azərbaycan məktəbliləri ikinci dəfədir ki, bu olimpiadada iştirak edib.

Olimpiadada şagirdlər  ümumilikdə  6 tapşırıq üzrə billik və bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycanı  olimpiadada təmsil edən qızlarımız bu mötəbər bilik yarışında nailiyyət əldə ediblər. Belə ki, İ.Əfəndiyev adına “Elitar” gimnaziyanın X sinif şagirdi Cəvahir Abbasova və  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan “Honourable Mention” sertifikatına layiq görülüblər. 

Hər iki şagird Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvləridir.


Açar sözlər: ,