19.04.2017

IV könüllülük proqramına sənəd qəbulu başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IV könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.

Qeyd edək ki, IV könüllülük proqramında iştirak etmək üçün 281 nəfər könüllü elektron (konullu@baku.edu.gov.az) qaydada sənəd verib.

Onlardan müvafiq meyarlar üzrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsahibədən uğurla keçən şəxslər may ayından etibarən BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

 Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək həyata keçirilmiş birinci könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər BŞTİ-nin müxtəlif sektorlar və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 12 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.