20.04.2017

Voleybol turniri başa çatıb

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında voleybol idman növü üzrə keçirilən turnir başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə keçirilən turnirdə VII-IX sinif şagirdləri iştirak edib.

Qızlardan ibarət komandalar arasında keçirilən yarışın nəticəsinə görə, 13 nömrəli məktəbin komandası komandası I, 138 nömrəli məktəbin komandası II, 76 nömrəli məktəbin komandası III yerə layiq görülüb.

Oğlanlardan ibarət komandalar arasında keçirilən yarışın nəticəsinə görə, 117 nömrəli məktəbin komandası I, 221 nömrəli məktəbin komandası II, 220 nömrəli məktəb-liseyin komandası isə III yerin sahibi olub.

Yarışın bağlanış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda I, II və III yerləri tutan komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.