03.05.2017

Paytaxt təmsilçiləri bürünc medal qazanıblar

Paytaxtın müəllim və şagirdləri “İnfomatrix 2017” beynəlxalq kompüter layihələri yarışından medalla qayıdıblar.

Yarış 27 aprel-1 may 2017-ci il tarixlərində Ruminiyanın paytaxtı Buxarestdə keçirilib.

Yarış peşəkarlığın inkişaf etdirilməsinə, həmçinin müxtəlif ölkələrdən tələbə və müəllimlərin layihəyə cəlb olunaraq beynəlxalq dialoqun və əməkdaşlığın yüksəlməsinə xidmət edir.

Beynəlxalq dərəcəli yarışda dünyanın 56 ölkəsindən gəlmiş nümayəndələr iştirak edib. Layihə 5 nominasiya (proqramlaşdırma, kompüter incəsənəti, robotlaşma, proqram təminatı, qısametrajlı film) üzrə keçirilib.

Bakı şəhəri 251 nömrəli məktəbin müəllim və şagirdləri “Qısametrajlı film” (“Short Movie”) nominasiyası üzrə “Ailə dramı” (“Familyʼs drama”) filmi ilə yarışa qatılıb. Nəticədə, məktəbin şagirdləri Cavad Cəbrayılov, Xanım Zeynalova və onları yarışa hazırlayan informatika müəllimi Natəvan Feyzullayeva bürünc medala layiq görülüblər. 


Açar sözlər: ,  ,