04.05.2017

“Gənc istedadlar” bilik yarışı başa çatıb

Paytaxt məktəbliləri arasında keçirilən “Gənc istedadlar” breyn-rinq bilik yarışı başa çatıb.

Məktəblilərin “Gənc istedadlar” breyn-rinq bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib.

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 24, 84, 113, 312 və 327 nömrəli tam orta məktəblərin “İntellekt”, “Zəfər”, “Zəka”, “Lider” və “Təfəkkür” komandaları iştirak edib.

“Gənc istedadlar” breyn-rinq bilik yarışının son mərhələsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

Final mərhələsində yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq qalib məktəb seçilib. 5 ay davam edən bilik yarışında 312 nömrəli tam orta məktəb qalib adını qazanıb.

Sonda breyn-rinq bilik yarışında fəal iştiraklarına görə, bütün komandalar diplomla təltif edilib.

Qeyd edək ki, gələcəkdə “Gənc istedadlar” breyn-rinq bilik yarışına paytaxtın digər məktəblərinin də qoşulması nəzərdə tutulur.


Açar sözlər: ,  ,