08.05.2017

“Unudulmaz filmlər” müsabiqəsinin qalibləri bəlli olub

"Məktəblinin dostu" layihəsi çərçivəsində "Unudulmaz filmlər" müsabiqəsi  keçirilib.

Müsabiqədə "Məktəblinin dostları”nın fəaliyyət göstərdiyi hər məktəbdən 4 şagird komanda şəklində iştirak edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünü inkişaf etdirmək, milli filmlərimizə, mədəniyyətimizin, tariximizin daşıyıcıları olan əsərlərə məktəblilərin marağını artırmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

İki mərhələdən ibarət olan müsabiqədə komandalar milli filmlərlə bağlı sualları cavablandırıblar.

Film müsabiqəsində 139 nömrəli tam orta məktəbin komandası I, 117 nömrəli tam orta məktəbin komandası II, 166 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalar hədiyyə və sertifikatlarla təltif edilib.

Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, xalq artistləri Vasif Babayev, Şamil Süleymanlı, Əməkdar İncəsənət Xadimi Əbdül Mahmudov, kinorejissor Şamil Əliyev, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbirdə şagirdlərin ifasında musiqi nömrələri və rəqslər təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,