12.05.2017

“Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasının qalibləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub.

“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasında 201, 220, 283 nömrəli məktəblər I, 5, 102, 258 nömrəli məktəblər II, 110, 149 və 186 nömrəli məktəblər III yerə layiq görülüblər.

“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə paytaxtın 53, 111, 144, 218, 246, 229, 238, 253, 270, 278 və 319 nömrəli məktəbləri də öz fəallıqları ilə seçiliblər.

Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Bundan başqa, məktəblilərin Mərdəkan qəsəbəsində yerləşən “Nəbatat” bağına, Bakı Heyvanat Parkına, Xəzər dənizi sahillərinə ekskursiyaları da təşkil edilib. 


Açar sözlər: ,  ,  ,