16.05.2017

Fövqəladə hallarda davranış qaydaları

“Məktəblinin dostu” layihəsi  çərçivəsində “Fövqəladə hallarda davranış qaydaları” adlı təlimlərə start verilib.

Təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

“Məktəblinin dostu” pilot layihəsinə daxil olan 30 məktəbin hər birində keçirilən təlimlər şagirdlərin yaş qruplarına uyğun ibtidai və yuxarı sinif şagirdləri üçün ayrı-ayrılıqda təşkil olunur. Təlimlər dərsdən sonra könüllü qrupların yaradılması ilə həyata keçirilir.

Maarifləndirici təlimlərin may ayının sonuna kimi davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,