17.05.2017

Məktəbdənkənar müəssisələrin pedaqoji heyəti üçün təlim

Bakı şəhəri üzrə məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinə “Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda təlimçi bacarıqlarının aşılanması üçün təlim keçirilir.

Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yadım”, “Fəlakət riskinin azaldılması – iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”,“Yaşam şərtləri - peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib.

Təhsil NazirliyiFövqəladə Hallar Nazirliyi və YUNİSEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planı çərçivəsində keçirilən təlimlər mayın 21-dək davam edəcək.