18.05.2017

Məktəb direktorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi Bakı şəhəri ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq imtahanları barədə müəssisə rəhbərlərini geniş məlumatlandırmaqdan ibarətdir.

Görüşdə BŞTİ-nin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri iştirak edib.

Görüş zamanı monitorinq imtahanları, imtahan zallarının hazırlanması, nəzarətçilərin siyahısının tərtibatı, imtahan günü görüləcək digər işlər ətrafında müzakirələr aparılıb, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Bakı şəhərində monitorinq imtahanları mayın 23-də keçiriləcək. Riyaziyyat fənni üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə vaxt ayrılacaq. Şagirdlərə hər bir fənn üzrə 30 test tapşırığı təqdim olunacaq.