31.05.2017

Kitabxanaçılar Klubunun üzvləri ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış Kitabxanaçılar Klubunun üzvləri ilə görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd paytaxtın ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Kitabxanaçılar Klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan digər kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyətinin inkişafı məsələlərini əhatə edir.

Görüşdə BŞTİ-nin əməkdaşı Səkinə Ağalarova, Respublika Elmi-Pedaqoji Kitabxanasının müdiri Tamilla İsmixanova və yüksək təşkilatçılığı ilə seçilən Kitabxanaçılar Klubunun üzvləri iştirak edib.

Görüş zamanı kitabxanaların iş fəaliyyəti, ümumi təhsil məktəbləri ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə söhbət açılıb, klub üzvlərinin sualları cavablandırılıb. Əlavə olaraq, layihə koordinatoru 2016-2017-ci tədris ilində kitabxana işinin düzgün təşkili istiqaməti üzrə görülmüş işlərin icmalını təqdim edib.


Açar sözlər: