05.06.2017

Məktəblilər sosial kampaniyada fəal iştirak ediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri də “Suriya uşaqları üçün ümidlər” adlı sosial kampaniyada fəal iştirak ediblər. 

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kampaniya çərçivəsində uşaqlar üçün lazım olan əşyalar (geyim, oyuncaqlar və.s), şagirdlərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb.

Təhsil Nazirliyi və “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı tərəfindən birgə həyata keçirilən kampaniya Suriyadan Türkiyəyə pənah gətirən uşaqlara yardım üçün təşkil olunub.

Kampaniyanın keçirilməsində əsas məqsəd dünyada baş verən müharibələrə və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdən ibarətdir. 


Açar sözlər: ,