16.06.2017

Məktəblərarası rəqs festivalı keçirilib 

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində  şagirdlər arasında rəqs festivalı keçirilib.

Festivalın təşkil edilməsində əsas məqsəd məktəblilərin rəqsə marağını artırmaq, istedadını üzə çıxarmaq və onları ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Festivala “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi 30 ümumi təhsil məktəbinin şagirdləri qatılıb.

Şagirdlər milli, Avropa və bal rəqsləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Məktəblilərin çıxışları mütəxəssislər tərəfindən qiymətləndirilib. 

Nəticələrə əsasən, milli rəqslər üzrə 284, 211, 286, Avropa rəqsləri üzrə 19, 27 və 308 nömrəli məktəblərin şagirdləri müvafiq olaraq, birinci, ikinci, üçüncü yerlərə layiq görülüb. Bal rəqsləri üzrə isə birinci yerdə 47, ikinci yerdə 270 nömrəli məktəbin yetirmələri qərarlaşıb.

Qaliblərə sertifikatlar verilib.