05.07.2017

İnformatika müəllimləri üçün seminar

Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Addım” layihəsi çərçivəsində İnformatika müəllimləri üçün mentor xidməti təşkil edilib.

İlk olaraq Bakı şəhəri üzrə məktəblərdə İnformatika fənnini tədris edən müəllimlərə mentor xidməti göstərəcək könüllülər qrupu müəyyənləşdirilib və onlar üçün seminar keçirilib.

Seminarın mövzusu “Alqoritmləşmə və proqramlaşdırmaya giriş” olub.  Müzakirəni TDM-in metodisti Abdulla Qəhrəmanov aparıb.

Seminarın keçirilməsində əsas məqsəd iştirakçıların bilik və bacarıqlarının artırılmasına, yeni texnologiyalarla tanış olmalarına və müəllimlərin dərsləri daha peşəkar təşkil etməsinə kömək göstərməkdən ibarətdir. 

Məşğələlər beş gün davam edib.

İnformatika müəllimləri üçün oxşar seminarların növbəti aylarda da təşkil edilməsi nəzərdə tutulur. 


Açar sözlər: ,  ,