10.07.2017

Yeni tədris ilinə hazırlıq...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva İctimai Televiziyanın "Yeni gün" Musiqi-informasiya proqramının qonağı olub.

M.Vəliyeva dərs ili başa çatsa da, BŞTİ tərəfindən həyata keçirilən tədbirlər, 3-7 iyul tarixlərində paytaxtın bütün ümumi təhsil müəssisələri üzrə keçirilmiş Məktəb seminarları barədə geniş məlumat verib, seminarlarda müzakirə olunan məsələlərdən bəhs edib. İdarə müdiri Bakı təhsilində yeni dərs ilinə hazırlıq proqramı çərçivəsində görüləcək işlər, perspektiv məsələlər barədə söhbət açıb, məktəb inspeksiyaları, məktəbəhazırlıq qruplarınaI sinfə qəbul barədə məlumat verib.


 


Açar sözlər: ,