29.09.2017

İkigünlük beynəlxalq seminar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda keçirilən beynəlxalq seminar sentyabrın 29-da başa çatıb.

Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Rumıniya, Sloveniya, Çexiya Təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, İngiltərənin Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Cristina Dobrota, paytaxtın bir sıra ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.

İkigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir. 

Beynəlxalq seminar zamanı qonaqlar məktəb idarəetməsinə dair təqdimatla çıxış ediblər.

Seminar iştirakçıları liderlik, layihələrin təşkili, şagirdlərin idarə olunması, insan resursları, qiymətləndirmə, valideynlərlə işin təşkili, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya, media və məktəb, sənədləşdirmə kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar. Eləcə də sözügedən sahə üzrə beynəlxalq təcrübə ətrafında müzakirələr aparılıb.


Açar sözlər: ,  ,