15.09.2017

20 nömrəli tam orta məktəbdə “Bilik günü”

Sentyabrın 15-də Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Təntənəli açılış mərasimindən sonra Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəbin pedaqoji kollektivi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib.

“Bilik günü” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Yaqut Məmmədova mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan şagirdlərə yeni tədris ilində uğurlar diləyib. Sonra müəssisə rəhbəri yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs edib.

“Bilik günü”ndə iştirak edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən idarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb. Çıxışının sonunda M.Vəliyeva şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı diləyib.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Birincilərin ifasında şeirlər səsləndirilib.


Açar sözlər: ,  ,  ,  ,